20 günlük karantin müddəti ilə bağlı AÇIQLAMA

Azərbaycanda koronavirusla mübarizə kifayət qədər uğurla gedir, dövlət tərəfindən gərəkən bütün işlər görülür. Lazım gələrsə, xüsusi karantin rejimini bir az da gücləndirmək lazımdır.
Yeniavaz.com xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
"Düşünürəm ki, arxayınlığa yol vermək olmaz. Lazım gələrsə, hətta karantin rejimini bir az da gücləndirmək lazımdır. Çünki eşitdiyimiz xəbərlər söyləməyə əsas verir ki, vətəndaşlarımızın çoxu bu təhlükəyə laqeyd yanaşır, karantin rejimini pozanların sayı artır. Belə hallara yol verməmək və məsuliyyəti daha da artırmaq lazımdır".
"Son günlər həkimlərimizin səyi nəticəsində müalicə olunub sağalanların sayının artması, ölüm sayının çox aşağı rəqəmdə olması bizi heç də arxayın salmalı deyil. Bu virusun xarakteri elədir ki, 20 gün əvvəl yoluxanlar indi ortaya çıxa və yoluxanların sayını artıra bilər. Düşünürəm ki, görülən işləri yarımçıq qoymamaq və əldə olunan nəticələri davam etdirmək, uğurlu sonluğa çatdırmaq üçün karantin rejimini uzatmaq lazımdır”.
Komitə sədri vurğulayıb ki, dünyada hələ karantin rejimindən tamamilə çıxan ölkə yoxdur:
"Virus Çində 4-5 ay bundan öncə başlayıb. Onlar bir ay öncə sevinərək epidemiyanı lokallaşdırdıqlarını bildirsələr də, indi epidemiyanın ikinci dalğası gəlməyə başlayıb. Digər ölkələrdə də prosesin sönməsi hələ görünmür, əksinə, şiddətlənmənin şahidi oluruq. Azərbaycanda koronavirusa yoluxma, ölüm göstəricilərin aşağı olması bizi sevindirir, ancaq heç bir halda bu, bizi arxayın salmalı deyil".
M.Quliyev əlavə edib ki, vətəndaşların çoxu hələ də bu ağır və dəhşətli fəsadları ola biləcək infeksiyaya ciddi yanaşmırlar:
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















