Rusiyada koronavirus testinin cavabını almayan xəstələr aclıq aksiyasına başladı

Rusiyanın Kirov vilayətində koronavirusa yoluxan xəstələrin yerləşdirildiyi xəstəxananın 11 pasiyenti aclıq elan edib.
Bildirilir ki, onlar COVID-19-la bağlı testlərinin cavabını almamalarına etiraz edirlər və açıqlama istəyirlər.


11 pasiyent aclığa başladıqları barədə bəyanatla çıxış edib. Onlar xəstəxana rəhbərliyindən cavab alacaqları təqdirdə aclığı dayandıracaqlarını bildiriblər.
www.anews.az
Bu barədə "BAZA” Telegram kanalı xəbər yayıb.
Xəstəxananın pasiyentlərinin yarıdan çoxu fəhlələrdir. Onlar müxtəlif günlərdə xəstəxanaya yerləşdirilib.
Koronavirusla bağlı bütün testlərdən keçmələrinə baxmayaraq, nəticələr onlara bildirilməyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















