Azərbaycanda karantin rejimi avqustun 31-ə kimi uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı
mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi
karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılmışdır.
Bununla yanaşı, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma
dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci
il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.
Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax
şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki
rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il
5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi
karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin
sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün
ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:
25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;
1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda
2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana,
gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə
verilir. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün
SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















