• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin payız sessiyasında hansı məsələlər müzakirə ediləcək?

Milli Məclisin payız sessiyasında hansı məsələlər müzakirə ediləcək?
01.09.2020 12:47
Milli Məclisin (MM) deputatları dünən - avqustun 31-də tətildən qayıdıblar. Parlamentin payız sessiyasında komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq. Milli Məclisin payız sessiyasının ilk plenar iclası isə sentyabrın 30-da keçiriləcək. Payız sessiyası dekabrın 30-dək davam edəcək.

Maraqlıdır, payız sessiyasında Milii Məclisdə hansı qanun layihələri müzakirə olunacaq? Hansı məsələlər ətrafında ictimai dinləmələr keçiriləcək?

"Report”un əməkdaşı bu sualla parlamentin bir neçə komitə sədrinə müraciət edib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Report”a açıqlamasında deyib ki, iki yeni qanun layihəsi payız sessiyasında müzakirəyə çıxarılacaq:
"Payız sessiyasında "Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsini hazırlamağı düşünürük. İndiki şəraitdə hesab edirəm ki, bu, çox vacib bir qanun layihəsidir. Xüsusilə də Heydər Əliyev Fondunun bu sahədə kifayət qədər təcrübəsi var. Biz bunun qanunvericilik əsaslarını da yarada bilərik. Sessiya çərçivəsində həmçinin yarımçıq qalan "Turizm haqqında” qanun layihəsinin üzərində də müvafiq icra hakimiyyəti ilə birgə işlər aparılacaq”.

Komitə sədri bildirib ki, payız sessiyasında bir neçə məsələ üzrə dinləmələr keçiriləcək:

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı dinləmə keçirəcəyik. Sosial sığorta ilə bağlı da dinləmə keçirməyi planlaşdırırıq. Həmin dinləmə zamanı xüsusilə kənd yerində yaşayan və pay torpağı olan insanların da sosial sığortaya cəlb olunması şərtlərinin yumşaldılması ilə bağlı məsələlər müzakirə ediləcək. Digər dinləmə isə məşğulluq məsələsi ilə bağlı keçiriləcək. Burada qeyri-leqal məşğulluğun aradan qaldırılması yolları araşdırılacaq. Leqal məşğulluğun təmin edilməsi, gənclərin əsasən məşğulluq istiqamətində peşə təlimlərinə cəlb edilməsi məsələsi əsas müzakirə mövzusu olacaq”.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol