İranda koronavirusdan ölənlərin sayı azaldı

İranda ötən sutka ərzində 101 nəfər koronavirusdan (COVID 19) ölüb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, halbuki öncəki sutka ərzində 109 nəfərin koronavirusdan ölməsi təsdiqlənmişdi: "Beləliklə indiyədək ölənlərin sayı 21 672 nəfərə çatıb. Ötən 24 saat ərzində 1 682 nəfər koronavirusa yoluxub. Yoluxanların sayı 376 894 nəfərə yüksəlib, virus daşıyıcılarından 3 709 nəfərin isə vəziyyəti ağırdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















