• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda HİV-ə yoluxanların sayı artıb

Gürcüstanda HİV-ə yoluxanların sayı artıb
03.09.2020 16:16
Cari il yanvarın 1-dən sentyabrın 2-dək Gürcüstanda 372 nəfər HİV virusuna yoluxub. Ən çox yoluxma halı iyul ayında qeydə alınıb – 58 fakt.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb.
Bildirilir ki, cari il sentyabrın 2-nə olan statistikaya əsasən hazırda Mərkəzdə 8474 HİV xəstəsi qeydiyyatdadır. Onlardan 6326 nəfəri kişilər, 2148-i isə qadınlardır.

Xəstələrin böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır.
QİÇS 4340 xəstə arasında inkişaf edib, 1734 nəfər dünyasını dəyişib.

HİV xəstələrinin böyük əksəriyyəti paytaxt Tbilisidə yaşayır və onların da 87-si xarici ölkə vətəndaşıdır.
Cari ildə 99 HİV xəstəsi ölüb. Onların da 79-u kişilər, 20-si isə qadınlardır.

AZƏRTAC xatırladır ki, Gürcüstanda bu günədək 116 uşaqda HİV aşkar edilib. Onların da 70-i oğlan, 46-sı qızdır. HİV-ə yoluxmuş 27 uşaq dünyasını dəyişib, 3 nəfəri isə Gürcüstanı tərk edib.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol