Gürcüstanda Qarabağ şəhidinin ailəsi ziyarət olundu

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe, polkovnik-leytenant Fuad İbrahimov və səfirliyin digər əməkdaşları Bolnisi rayonunun Zol-Güvəc kəndindən olan Qarabağ şəhidi Elşən Məmmədovun ailəsinə baş çəkiblər.
Anews.az reporta istinadən xəbər verir ki, onlar Azərbaycanın əldə etdiyi tarixi qələbə münasibətilə şəhidin ailə üzvlərini təbrik ediblər.
F.Quliyev Azərbaycan dövlətinin şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərdiyini qeyd edib. O, ailənin qayğıları ilə də maraqlanıb.
V.Məmmədov ziyarətə görə və daima diqqətdə saxlanıldığına görə Azərbaycan səfirinə təşəkkür edib.
Daha sonra E.Məmmədovun məzarı ziyarət edilib, ruhuna dualar oxunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















