• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkirdə qəza - Ölən və yaralananlar var

Şəmkirdə qəza - Ölən və yaralananlar var
26.11.2020 13:31
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Anews.az-a verilən məlumata görə, noyabrın 25-də saat 15 radələrində Şəmkir şəhəri R.Rəhimov küçəsində rayon sakinləri M.İbrahimovun idarə etdiyi "Mercedes” və Mais Hüseynovun idarə etdiyi "QAZ-3129” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və M.Hüseynovun sərnişini xəstəxanaya yerləşdirilib, M.Hüseynov orada ölüb.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol