• $
  • €
  • ₽
  • ₺
  • £

2021-ci ildə smartfonlar bazarının 40%-ni “5G” modellər təşkil edəcək

2021-ci ildə smartfonlar bazarının 40%-ni “5G” modellər təşkil edəcək
25.12.2020 21:30
Tayvanın "Market Intelligence & Consulting Institute” (MIC) Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri beşinci nəsil mobil rabitə (5G) texnologiyasını dəstəkləyən smartfonların sürətlə populyarlaşacağını proqnozlaşdırıblar. 2021-ci ildə qlobal smartfonlar bazarında "5G” modellərin payı 40% təşkil edəcək.

Analitiklərin məlumatına görə, cari il dünyada tədarük edilmiş "5G” smartfonların sayı təxminən 228 milyon təşkil edəcək. Bunu nəzərə alaraq qlobal bazarda "5G” qurğuların bazar payı təxminən 18% olacaq.

2021-ci ildə 2 dəfədən çox artım gözlənilir: "5G” smartfonların tədarük həcmi 539 milyonadək artacaq, bazar payı isə 39,8%-dək yaxınlaşacaq.
2022-ci ildə "5G” smartfon çeşidinin genişlənməsi fonunda onların sayı 800 milyona yaxınlaşacaq, bazar payı isə 50%-i ötəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol