• $
  • €
  • ₽
  • ₺
  • £

Bu il Bakıda istismar müddəti bitən 114 bina yenilənib

Bu il Bakıda istismar müddəti bitən 114 bina yenilənib
29.12.2020 17:15
"Bir il ərzində 114 layihə istismar müddəti başa çatmış binaların yenilənməsi ilə bağlı olub”.

Anews.az "Report” - a istinadən xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəisi Mirsalam Qəmbərov deyib.

O bildirib ki, binaların Bakı şəhərinin arxitekturasına uyğun tikilməsi nəzərdə tutulur: "Təbii ki, bu zaman yaşıllıqların mövcud təsirlərə məruz qalması və ağacların götürülməsi qaçılmazdır. Tikinti layihəsi obyekt layihələndirilən zaman ekoloji tərəfi qiymətləndirilir. Elə ərazilər var ki, relyefi, mövcud vəziyyəti normalara uyğun gəlmir. Bəzi sahibkarlar, iş adamları bina tikərkən yaşıllıq salınma barədə fikirləşmir. Halbuki təsdiqlənən layihələrdə ərazinin ən azı 25 faizində yaşıllığın salınmasını qeyd edirik. Bu qaydalara riayət edilməzsə layihələr geri qaytarılır”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol