• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov xəbər agentliyini ittiham etdi - AÇIQLAMA

Əli Həsənov xəbər agentliyini ittiham etdi - AÇIQLAMA
13.01.2021 17:36
Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun ailəsinə məxsus 7 şirkətin ləğv olunması ilə bağlı xəbər vermişdik.

Məsələ ilə bağlı Əli Həsənov "facebook” profilində açıqlama verib. O bildirilib ki, KİV-də paylaşılan məlumatın heç bir ictimai yükü yoxdur:

"Bir qədər əvvəl Azərbaycanın bütün xəbər saytları "Report” İA-nın hazırladığı və faktiki olaraq heç bir ictimai yükü olmayan, lakin mənim adımı xüsusi qeyd edərək, məlumata sensasiyalı bir yük verdiyi materialı kütləvi şəkildə tirajlamışlar. Əslində,  bu materialda Vergilər Nazirliyinin yaydığı  adi bir elandan başqa heç nə yoxdur.  Nazirliyin öz xətti ilə xidməti məlumat kimi yaydığı həmin elanda söhbət ayrı-ayrı vaxtlarda mənə yaxın şəxslər tərəfindən qeydiyyatdan keçirilmiş və heç bir fəaliyyəti olmayan strukturların, hazırda bağlanması haqqında müraciətindən gedir”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər” qəzeti Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən "Bakı 24” MMC, "Kaspi AZ” MMC, "Mətbuat Evi” MMC, "Golden Prince” MMC, "Global Advertisment” MMC və "Kaspi Co” MTK, həmçinin Mətbuat prospekti  ev 25, mənzil 38 ünvanında yerləşən "Kaspi Food" MMC-nin ləğv olunması haqqında məlumat yayıb. 

Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini şirkətlərin dövlət qeydiyyatına alındığı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 və Yasamal rayonu, Mətbuat prospekti  ev 25, mənzil 38 ünvanlarına bildirə bilərlər.

Xatırladaq ki, adları çəkilən kommersiya qurumlarına əsasən, Ə.Həsənovun oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.

"BAKI 24" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 10.00 AZN, qanuni təmsilçisi ŞAMXAL HƏSƏNLİ ƏLİ OĞLU

"KASPİ CO" MƏNZİL TİKİNTİ KOOPERATİVİ - Nizamnamə kapitalı 100.00 AZN, qanuni təmsilçisi AZƏR VƏLİYEV KALAM OĞLU

"MƏTBUAT EVİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 20.00 AZN, qanuni təmsilçisi ŞAMXAL HƏSƏNLİ ƏLİ OĞLU

"KASPİ-AZ" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 20.00 AZN, qanuni təmsilçisi AZƏR VƏLİYEV KALAM OĞLU

"GLOBAL ADVERTİSEMENT" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 10.00 AZN, qanuni təmsilçisi ŞAMXAL HƏSƏNLİ ƏLİ OĞLU

"GOLDEN PRİNCE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 300.00 AZN, qanuni təmsilçisi AZƏR VƏLİYEV KALAM OĞLU

"KASPİ FOOD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ - Nizamnamə kapitalı 10.00 AZN, qanuni təmsilçisi ŞAMXAL HƏSƏNLİ ƏLİ OĞLU
www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol