• $
  • €
  • ₽
  • ₺
  • £

Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?

Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
05.02.2021 12:03
"Bakıda və Abşeron yarımadasında gecə və gündüz  saatlarında müşahidə olunan temperatur fərqi az olduğundan inversiya qatı əmələ gəlib”.

Anews.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki,  Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-şərq küləyi nəticəsində Abşeron yarımadasına daxil olub və dumanın əmələ gəlməsinə şərait yaranıb: "Fevralın 6-sı gündüzədək fasilələrlə duman olacağı proqnozlaşdırılır”. (APA)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol