DİN 30 polis zabitinin işdən çıxarılması ilə bağlı MƏLUMAT YAYDI

Suraxanı Rayon Polis İdarəsində 30-dan çox vəzifəli şəxsin guya işdən çıxarılmasına dair bəzi elektron kütləvi informasiya vasitələrində yayımlanmış məlumatlar həqiqəti əks etdirmir.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, cari ilin yanvar ayında həmin qurumda plan üzrə inspeksiya keçirilərək nəticələrinə əsasən qərar qəbul edilib. Qərara əsasən, xidməti fəaliyyətdə yol verdiyi nöqsanlara görə idarənin və onun tabeliyində olan bölmələrin bir neçə əməkdaşı tutduğu vəzifədən aşağı vəzifəyə keçirilmiş, bir qrup əməkdaşa digər intizam tənbehləri verilmiş, daha bir qisminin xidmət yeri bərabər vəzifəyə dəyişdirilmişdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























