Ermənistan ordusunda fərarilik edən hərbçilərin sayı bilindi - RƏSMİ

Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistana vurduğu ziyanın miqdarı əhəmiyyətli dərəcədə böyükdür. Bura Ermənistanın ordusunun məhv edilməsi, iqtisadiyyatının işğalçı siyasətin nəticəsi olaraq çökməsi və əhalisinin acınacaqlı vəziyyətə düşməsi daxildir.
Milli Ordumuz şanlı qələbə sayəsində işğal altında olan torpaqlarımızın azad edilməsindən əlavə Ermənistanın ordusunu çarəsiz qoyub. Ermənistan ordusunun tərkibində işğal altındakı torpaqlarda xidmət apararkən əsgərlər ən pis halda zərərsizləşdirilir, ən yaxşı halda isə fərariliyi seçirdilər.
Rəsmi məlumatlar onu göstərir ki, Ermənistanda fərarilik faktları ilə əlaqədar açılan cinayət işlərinin sayı 10 mini keçib. Bu barədə Ermənistanın "Joxovurd” qəzeti də yazıb. Qəzetin yazdığına əsasən, müstəntiqlər insanların ifadələrini qanuni baxımdan necə qiymətləndirəcəyini bilmirlər.
"Onlar asanlıqla müharibəyə getdilər, ancaq alovlar göydən tökülürdüsə və dostları gözlərinin önündə külə çevirilirdisə, nə etməliydilər? Başqa seçimimiz yox idi, xilas olmaq üçün qaçmalı idik”, - deyə qəzet ermənilərin etiraflarını yazır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















