“Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır”

"Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır”.
Bunu Birinci vitse-prezident Mehriban Əliyeva ICESCO tərəfindən elan olunan "Qadınlar ili” çərçivəsində "Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdə deyib.
O bildirib ki, qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir: "Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























