Hulusi Akar çörəyini Zakir Həsənovla bölüşüb: “Allah türk ordusunu qorusun!”

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və türkiyəli həmkarı Hulusi Akar Qarsda keçirilən "Qış təlimi-2021” Türkiyə-Azərbaycan birgə təlimlərini izləyəndən sonra ərazidəki səhra çörəkxanasına baş çəkiblər.
Türkiyəli nazir çörəklərdən birini götürərək onu həmkarı Z.Həsənovla bölüşüb.
Bundan başqa, nazirlər əsas müşahidə məntəqəsində təlimlərlə bağlı məlumat alıblar. Daha sonra hər iki nazir qış mövsümündə ordunun təchizatı ilə məşğul olan heyətin hərbi andını dinləyiblər. Hərbi marş bitdikdən sonra H.Akar və Z.Həsənov birlikdə "Allah türk ordusunu qorusun!” deyiblər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























