• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın Rusiyadakı səfirliyindən MÜRACİƏT

Azərbaycanın Rusiyadakı səfirliyindən MÜRACİƏT
16.02.2021 14:19
Azərbaycanın Moskvadakı səfirliyi Rusiya orta məktəblərinin tarix dərslikləri ilə əlaqədar bu ölkənin Xarici İşlər və Maarif nazirliklərinə müraciət edib.

Səfirlikdən Anews.az-a bildirilib ki, 2020-ci ildə Moskvadakı "Drofa” nəşriyyatında çap edilən, müəllifləri L.M.Lyaşenko, O.V.Volobuyev, Y.V.Simonovanın olan orta məktəblərin 9-cu sinifləri üçün nəzərdə tutulmuş "XIX əsr, XX əsrin əvvəlləri Rusiya tarixi” ("История России. XIX – начало ХХ века”) dərsliyinin 6-cı nəşrinin 90-cı səhifəsində 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə əsasən "Şərqi Ermənistan”ın Rusiyanın tərkibinə keçdiyi qeyd edilib.

Bundan əlavə, 2020-ci ildə N.M.Arsentyev, A.A.Danilov, A.A.Levandovski, A.Y.Tokarevanın müəllifliyi ilə Moskvanın "Maarif” nəşriyyatında çap olunan "Rusiya tarixi 9. Birinci hissə” ("История России 9. Часть 1”) 9-cu sinif dərsliyinin 6-cı nəşrinin 91-cı səhifəsində isə vurğulanır ki, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə görə, "Şərqi Ermənistan” ərazisi olan İrəvan və Naxçıvan xanlıqları Rusiyanın tərkibinə keçib.

Sözügedən dərsliklərdə tarixi faktların təhrif edildiyini və Türkmənçay müqaviləsinin mətnində "Şərqi Ermənistan” adlı ərazinin ümumiyyətlə qeyd olunmadığını nəzərə alaraq, müvafiq düzəlişlərin edilməsi üçün səfirlik tərəfindən Rusiya Federasiyası Xarici İşlər və Maarif nazirliklərinə müraciətlər ünvanlanıb.

Rusiya Maarif Nazirliyindən səfirliyə daxil olan rəsmi cavab məktubunda bildirilib ki, sovet və rus tarix ədəbiyyatında İrəvan və Naxçıvan xanlıqlarının Rusiyaya verilməsini əks etdirən, 1828-ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay müqaviləsinin şərtləri işıqlandırılarkən "Şərqi Ermənistan tarixi vilayət” terminindən istifadə olunur. Sözügedən tarixi vilayətin Türkmənçay müqaviləsinin mətnində göstərilmədiyini nəzərə alaraq, "XIX əsr, XX əsrin əvvəlləri Rusiya tarixi” ("История России. XIX – начало ХХ века”) 9-cu sinif dərsliyinin müvafiq hissəsinə düzəlişlər edilib və "Şərqi Ermənistan” haqqında qeyd mətndən çıxarılıb, dərsliyin növbəti nəşrlərinin düzəliş edilmiş variantda çap olunacağı vurğulanıb.

Eyni zamanda, "Rusiya tarixi 9. Birinci hissə” ("История России 9. Часть 1”) 9-cu sinif dərsliyində "Şərqi Ermənistan” anlayışının sırf coğrafi kontekstdə verildiyi diqqətə çatdırılıb və birmənalı təfsir edilə bilməyən anlayışların istisna olunması üçün dərsliyin yenidən çapı zamanı müvafiq düzəlişin ediləcəyi bildirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol