• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda gecəyarısı atışma: Hadisənin təfərrüatı açıqlandı

Bakıda gecəyarısı atışma: Hadisənin təfərrüatı açıqlandı
17.02.2021 15:39
Ötən gecə Xəzər rayonu, Türkan qəsəbəsinin ərazisində yerləşən daş karxanalarından birində atışma olub.

Qəsəbə sakini Samir Seyidi oğlu Quliyev daş karxanasına gələrək oradakı fəhlələrə odlu silahla hücum edib. 2 fəhlə qaçıb canını qurtara bilsə də, digər 2 fəhlə odlu silahla təhdid olunaraq vəhşicəsinə döyülüb.

Anews.az musavat.com-a istinadən xəbər verir ki, Samir Quliyev daş karxanasının mərhum əmisi Rəşid İslam oğlu Quliyevə məxsus olduğunu iddia edib. Deyib ki, onun həyat yoldaşı Nəzakət Quliyeva karxananı ona verməlidir. Əks halda Nəzakət Quliyevanı öldürəcək.

Döyülən fəhlələrdən biri Ələkbər Qardaş oğlu Qurbanovun sözlərinə görə, Samir gecə 4-də karxanaya 90 TT 915 nömrə nişanlı "Niva” markalı maşınla gəlib. Sükan arxasından düşən Samirin yanında bir nəfər də olub. Samir Quliyev maşından düşəndən sonra onlara tərəf bir neçə dəfə atəş açıb. Onları öldürəcəyi ilə hədələyib.

Samirin yanında fəhlələrin tanımadığı 1 nəfər də olub. 2 fəhlə qaçıb canını qurtarsa da, Ələkbər Qurbanovla Əfsər Tahirov ərazidən uzaqlaşmağa imkan tapmayıblar. Samir Ələkbər Qurbanovun üz nahiyəsinə tüfəngin qundağı ilə zərbə endirib. Əfsər Tahirovun üz nahiyəsinə vurulan zərbədən dişləri tökülüb.

Əvvəllər dəfələrlə məhkum olunmuş Samir Quliyev karxanadakı otaqdan 850 manat pul və telefonları götürərək fəhlələrə Nəzakət Quliyevanı öldürəcəyini bildirməklə ərazini tərk edib.


Xəzər Rayon Prokurorluğundan bildiriblər ki, hazırda hər iki şəxsin tutulması üçün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol