• $
  • €
  • ₽
  • ₺
  • £

İtaliyada dəfni üçün yer tapılmayan azərbaycanlı uşaq bir ay sonra basdırıldı

İtaliyada dəfni üçün yer tapılmayan azərbaycanlı uşaq bir ay sonra basdırıldı
17.02.2021 16:35
İtaliyanın Lombardiya əyalətinin Pavia şəhərində anası ilə qaçqın düşərgəsində yaşayan səkkiz yaşlı azərbaycanlı Emil faciəvi şəkildə vəfat edib. Autizmdən əziyyət çəkən uşaq ehtiyatsızlıq səbəbindən gödəkcə ilə özünü boğaraq öldürüb.


"Qafqazinfo” "Il Giorno Pavia” nəşrinə istinadən xəbər verir ki, ölən azyaşlının anası müsəlman qəbiristanlıqlarında yer verilmədiyi üçün uzun müddət onu dəfn edə bilməyib.


Nəşr əyalətin yalnız Pavia və Vicevano şəhərlərində müsəlman qəbiristanlığının olduğunu yazır. Pavia şəhərində qəbiristanlıqda artıq yer qalmadığı və Vicevanodakı qəbiristanlıqda isə yalnız bu şəhərdə anadan olan və ya orada yaşayanların dəfn oluna biləcəyi bildirilib.


Qəzetin yazdığına görə, daha sonra azyaşlının cəsədi qonşu Cremona şəhərinə aparılıb və orada ölümündən təxminən bir ay sonra, 16 fevralda dəfn edilib. Bu hadisə İtaliya ictimaiyyətində geniş rezonans doğurub və hazırda Pavia şəhərinin rəhbərliyi müsəlmanların dəfn edilməsi problemini həll etməyə başlayıb.


"Kiçik Emilin ölümündən ürəyim ağrıdı. Belə hadisə bir daha təkrarlanmamalıdır”, - deyə qəbiristanlıq xidmətinin müşaviri Barbara Longo azərbaycanlı uşaqla bağlı hadisəni şərh edərkən bildirib.


Onun sözlərinə görə, şəhər indi Fossarmatoda kommunasında müsəlmanlar üçün yeni qəbiristanlıq açmağı planlaşdırır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol