• $
  • €
  • ₽
  • ₺
  • £

MHP-nin Şuşada tikəcəyi türk məktəbinin detalları açıqlanıb

MHP-nin Şuşada tikəcəyi türk məktəbinin detalları açıqlanıb
20.02.2021 12:23
"Şuşada tikəcəyimiz məktəbin əsas girişi Osmanlı və Səlcuqlu motivli çinilərlə bəzədiləcək”.

Bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalının müşaviri, memar Ziya Günaydın deyib.

"Şuşada quşa bənzəyən, xarıbülbül adlı çiçək var... O, bayraq tək önəmli güldür. Bu çiçəyin surətini məktəbimizin fasadına quraşdıracağıq... Qapının hündürlüyü 4 metr, eni 3 metr olacaq. Osmanlı və səlcuqlulardakı kimi böyük qapılar millətin böyüklüyünü və gələcəyini ehtiva edir”, - Z.Günaydın bildirib.

MHP sədrinin müşavirinin sözlərinə görə, binanın pəncərələrində Safranbolu, Divriği kimi türk xalq arxitekturasındakı elementlərdən istifadə ediləcək: "Məktəbin damında 30 tona yaxın bürünc istifadə ediləcək, eyni zamanda Türkiyə və Azərbaycan bayraqları yan-yana ucaldılacaq. Siniflər, müəllimlər otaqları, atelyelər kimi bir çox sahələr funksional olacaq və arxitektura ilə vəhdət yaradacaq şəkildə layihələndiriləcək”.

Qeyd edək ki, Ziya Günaydın məktəb binasının təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin MHP sədri Dövlət Bağçalının iştirakının planlaşdırıldığını açıqlayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol