• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA ictimai iaşə müəssisələrində 1109 nöqsan aşkarladı

AQTA ictimai iaşə müəssisələrində 1109 nöqsan aşkarladı
09.03.2021 09:57
Bu ilin 01-07 mart tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22642 monitorinq həyata keçirilib və 1109 nöqsan aşkar edilib.
 
AQTA-dan verilən xəbərə görə, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda  (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkarlanıb. 

Ən çox aşkar olunmuş nöqsanlar işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %), masa (2 metr)  və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmamasıdır - 124 (11%).  Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55316 monitorinq həyata keçirilib və 3210 nöqsan aşkar edilib. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol