• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlı iş adamı saxlanıldı

Rusiyada azərbaycanlı iş adamı saxlanıldı
10.03.2021 17:58
Rusiyada "Spar” supermarket şəbəkəsini idarə edən, "İntertorq” ticarət evinin keçmiş şəriki, azərbaycanlı iş adamı Allahverdi Abdullayev Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə "RBC” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat verib. Eyni zamanda "İntertorg”  şirkətinin keçmiş vəkili və maliyyə direktorunun da saxlanıldığı bildirilir.

Nəşrin həmsöhbətlərinin dediklərinə görə, şirkət işçilərinin tutulması və 30-dan çox axtarış aparılması Rusiya FSB-nin İqtisadi Təhlükəsizlik Xidmətinin "K” şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

İstintaq tədbirləri iri həcmdə fırıldaqçılıqla bağlı cinayət işi çərçivəsində aparılıb. Cinayət işi 2020-ci ilin dekabrında "Sberbank”dan 8 milyard rubl vəsaitin mənimsənilməsi ilə əlaqədar başladılıb.

Məlumatda bildirilib ki, şirkət əməkdaşlarının mənzillərində ümumilikdə 30-dan çox axtarış əməliyyatı həyata keçirilib. Əməliyyatlar Rusiyanın FTX-nin "K” iqtisadi təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən aparılıb.

"Fontanka” nəşrinin  verdiyi məlumata görə isə, 50-dən çox ünvanda həyata keçirilən axtarışlar "İntertorq”la əlaqəli iki cinayət işi çərçivəsində baş tutub. İşlərdən birində "Sberbank”dan kredit oğurluğundan söhbət gedir. İkinci cinayət işi isə təqribən 2 milyard rubl dəyərində saxtakarlıq ittihamı ilə "Intertorg” tədarükçüləri tərəfindən irəli sürülüb.

Qeyd edək ki, noyabr ayında Allahverdi Abdullayevin qardaşı, "Intertorg”un digər ortağı olan Müşviq Abdullayevin də axtarışa verildiyi məlum olmuşdu. Cinayət işi 1,2 milyard rublluq oğurluq ittihamı ilə başladılan cinayət işində kimin zərərçəkmiş olduğu göstərilməyib. Müşviq Abdullaevin isə axtarılanlar siyahısında elan edildiyi zaman Rusiya xaricində olduğu bildirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol