Rövşən Əkbərovun həbsinin səbəbi məlum olub

Milli Qəhrəman, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun həbsinin səbəbləri məlum olub.
Anews.az-ın xəbərinə görə, o, qəsdən adam öldürmə maddəsi ilə ittiham edilir.
Belə ki, R.Əkbərov bir neçə il bundan əvvəl Ukraynada qətl törədib. Bu iş üzrə o, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
R.Əkbərovun cinayət işinin ibtidai istintaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılır.
Ona qarşı digər ittihamların irəli sürülüb-sürülməyəcəyi məlum deyil.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























