Vilayət Eyvazov sabiq deputatın polis qardaşını vəzifəsindən azad etdi

Deputatlığı dövründə anası Bəsirə Əliyevanın ona qarşı iddiaları ilə gündəmə gələn Sona Əliyevanın qardaşı Adil Əliyev vəzifədən çıxarılıb.
Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Xatırladaq ki, 2018-ci ilin aprel ayında keçmiş deputat Sona Əliyevanın anası Bəsirə Əliyeva "Qafqazinfo”ya müraciətində bildirib ki, mərhum əri Sakit Əliyevdən qalan əmlakları qızı Sona deputatlığından istifadə edərək ələ keçirib. Bununla bağlı ailə üzvləri arasında məhkəmə çəkişmələri də olub.
S.Əliyeva 2015-2000-ci illərdə 99 saylı Şəmkir kənd seçki dairəsinin deputatı olub. (qafqazinfo)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























