Vaksin vurduranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər tətbiq olunacağı gözlənilir. Vaksinləşmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara "SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər.
Bu barədə apa-ya tibbi mənbələrdən bəlli olub.
Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu qeyd etmişdi.
Xatırladaq ki, əvvəlcə Azərbaycanda 50 yaş üzəri şəxslərin vaksinləşmə prosesi başladılıb. Hazırda hökumət 40 yaş üzəri şəxslərin vaksinləşmə prosesindən istifadə edə biləcəyini açıqlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















