• $
  • €
  • ₽
  • ₺
  • £

"Hərbçilərimiz mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni edirdilər"

"Hərbçilərimiz mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni edirdilər"
13.04.2021 11:15
"Müharibə zamanı Azərbaycan hərbçiləri ləyaqətlə davranaraq ən yüksək insani keyfiyyətləri nümayiş etdirdilər".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

"Hərbçilərimiz ləyaqətlə davranırdılar və mülki əhalinin zərər görməməsi üçün əllərindən gələni edirdilər. Erməni tərəfdən mülki əhali arasında 40-dan az itkinin olması bunu açıq şəkildə nümayiş etdirir. Biz qanunsuz olaraq məskunlaşdırılmış əraziləri azad edirdik. Ancaq hərbçilərimizin hücumları yalnız hərbi obyektlərə qarşı yönəlmişdi. Erməni tərəfdən mülki şəxs olaraq ölənlərin əksəriyyəti hərbi əməliyyatlarda özləri iştirak edirdilər. Bu səfərbər edilmiş və hərbi əməliyyatların bir hissəsi olan mülki şəxslər idi”, - prezident deyib.

Dövlət başçısı vurğulayıb ki, insani mahiyyətin və siyasətimizin nümayiş etdirilməsinə və ordumuzun insani davranışına açıq sübut hərbçilərimizin Hadrutda qalmış yaşlılarla necə davranması olub: "Bu yaşlı insanlar vaxtilə azərbaycanlılarla yaşadıqları üçün Azərbaycan dilində çox yaxşı danışırdılar. Onlar xəstəxanaya aparıldılar və orada müalicə edildilər. Sonra onları Qırmızı Xaç vasitəsi ilə Ermənistana qaytarmaq qərara alındı, lakin orada onları qəbul etməkdən imtina etdilər. Yaşlı insanlardan biri o qədər zəif idi ki, ermənilər onu qəbul etmək istəmirdilər. Ermənistanda bu davranışı qiymətləndirdilərmi? Deyərdim ki, xeyr”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol