• $
  • €
  • ₽
  • ₺
  • £

Qalmaqallı bələdiyyə sədri işdən çıxarıldı

Qalmaqallı bələdiyyə sədri işdən çıxarıldı
17.04.2021 09:40
Neftçala rayon Xolqaraqaşlı kəndinin bələdiyyə sədri Əlibala Səlimov işdən çıxarılıb. 

Anews.az xəbər verir ki, bununla bağlı Moderator.az-a danışan Ə. Səlimovun sözlərinə görə, o, öz istəyi ilə bu vəzifədən uzaqlaşdırılıb: "Məni heç kim bələdiyyə sədri vəzifəsindən çıxarmayıb. Özüm iki aydır ki, bununla bağlı xahiş edirdim. İki dəfə iclas çağırmışam ki, bələdiyyə üzvləri məni çıxarmaq istəmirdi. Axırda sədr vəzifəsindən çıxmaq üçün çox xahiş etdim. 

Qaldı ki, örüş sahəsinə biz baxmırıq ki, buna görə də sakinlərlə problemimiz olsun. 1996-cı ildə islahat gedəndə iki kolxoz, iki kənd var bir ərazi nümayəndəliyi var idi. İslahat gedən dövrdə gərək torpaqlardan azaldıb örüş yeri saxlayaydılar. Amma çox təəssüflər olsun ki, örüş yeri saxlamayıblar".

O deyib ki, bələdiyyədə 38 hektar örüş yeri var, onun 25 hektarı Neftçala su kanalının ərazisinə düşür: Üç hektar yarım şəhid ailəsinə verilib və qalanı da qalıb. Mən 47 ildir ki, bu kənddə işləyirəm. Bu kəndi yaratmışam, tikmişəm. İki məktəb, iki məscid və xəstəxana tikdirmişəm. Yol, bağ, park saldırmışam. Cənab prezident buna görə mənə iki medal verib.

Bəzilərinin əlindən iş gəlməyəndə sözə keçirlər. Dünən iclas çağırdım xahiş etdim ki, səhhətim əl vermir, əsəblərim korlanıb. Yerimi 25 yaşlı ali təhsilli bir gəncimizə vermişəm”.

Neftçalanın bələdiyyə üzvü Vəfa Nağı "Amerikanın Səsi”nə bildirib ki, Əlibala Səlimovun yerinə artıq Elnur Səfərov adlı şəxs yeni bələdiyyə sədri seçilib. 
Xatırladaq ki, kənd sakinləri və V. Nağı keçmiş bələdiyyə sədrinin otlaq sahələrini qanunsuz olaraq icarəyə verdiyini, kənd sakinlərinə ev tikmək üçün nəzərdə tutulan torpaq sahələrini rüşvət müqabilində təklif etdiyini iddia edirdi. 

Bundan əlavə, ötən il V. Nağı şəxsi şəkillərinin kəndin müxtəlif yerlərinə vurulduğunu deyərək bu məsələdə də ovaxtki bələdiyyə sədri Əlibala Səlimovu itttiham etmişdi. O bildirmişdi ki, Əlibala Səlimovun ona qarşı bu davranışının səbəbi bələdiyyə iclasında çıxış etmək istəməsi və Ə.Səlimovun əməlləri barədə sosial şəbəkələrdə məlumat yaymasıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol