• $
  • €
  • ₽
  • ₺
  • £

“Ermənilər bu vurhavurda qəsəbələr salır, hansı sülhdən danışırıq?”

“Ermənilər bu vurhavurda qəsəbələr salır, hansı sülhdən danışırıq?”
19.04.2021 09:41
"Hər kəsin öz tələbləri və ərazisi var. Mən inanmıram ki, Azərbaycan, qalib gəlmiş bir dövlət hansısa bir ədalətsiz sülhə imza atsın”.


Anews.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin üzvü Aqil Abbas da "Turan” Agentliyinə açıqlamasında deyib. O, bildirib ki, hamı sülh istəyir, amma sülh ədalətli olmalıdır.


Komitə üzvü vurğulayıb ki, Ermənistan 10 noyabr bəyanatının bütün şərtlərini hələ ki, yerinə yetirməyib: «Azərbaycanlılar hələ ki, öz evlərinə qayıda bilməyiblər. Hələ ki, Ağdam-Şuşa, Ağdam-Kəlbəcər yolu açılmayıb. Ermənilər bu vurhavurda qəsəbələr salırlar”


Onun deməsinə görə, əvəzində Ermənistandan erməniləri Xankəndinə köçürürlər: "Belə olan halda hansı sülhdən danışırıq?»


Deputatın fikrincə, yol xəritəsindən bəlkə də danışmaq olar, amma indiki şəraitdə sülh sazişindən danışmaq mümkün deyil: «Hələ əvvəlki bəyanatı icra etsinlər, sonra isə sülhdən əlbəttə ki, danışacayıq. Bütün müharibələr axırda sülhlə bitir».


A.Abbas Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmaması ilə bağlı müzakirələrə də münasibət bildirib. O vurğulayıb ki, Azərbaycanın bu birliyə qoşulacağına inanmır: «Çünki əgər Ermənistan ordadırsa və aramızda sülh müqaviləsi yoxdur, Ermənistanla biz bir ittifaqdamı olacayıq? Bu mümkün deyil».


Deputat qeyd edib ki, artıq başqa ittifaqdan söhbət gedir: «Artıq Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan da bunu deyib. Söhbət Türk Dövlətlər Birliyindən, Türk Şurasından gedir. Biz bir ittifaqda birləşməliyik, tək qalmalı deyilik ki. Noyabrda İstanbulda Türk Dövlətlər Birliyi məsələsi müzakirə olunacaq».

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol