Nikol Paşinyana qarşı etiraz aksiyası təşkil edən mer saxlanılıb

Ermənistan polisi Mehri şəhərinin meri Mxitar Zakaryanı saxlayıb.
"Sputnik Armeniya”nın məlumatına görə, bunu vəkil Qayane Papoyan feysbuk səhifəsində yazıb.
Lakin vəkil merin hansı şəhərdəki polis idarəsinə aparıldığından xəbərsiz olduğunu qeyd edib: "Əvvəlcə Mehridəki polis idarəsinə, sonra Qafana apardıqlarını dedilər. İndi isə onun bir neçə polis avtobusunun müşaiyəti ilə Yerevana aparıldığına dair informasiya yayılıb”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















