• $
  • €
  • ₽
  • ₺
  • £

İcra nümayəndələri müğənnini öldürtmək üçün qatil tutublar

İcra nümayəndələri müğənnini öldürtmək üçün qatil tutublar
23.04.2021 10:49
Cəlilabad rayonunda müğənninin öldürülməsinə görə Türkiyə vətəndaşı da həbs edilib.

Aprelin 19-da rayonun Fərzili kənd sakini Samrad Abdullayev polisə müraciət edərək atası Əflatun Abdullayevin aprelin 18-dən itkin düşdüyünü bildirib.

Axtarış nəticəsində Ə.Abdullayevə məxsus "Mercedes” markalı avtomobil Salyan rayonu, Noxudlu kəndi ərazisində fermaların yaxınlığında tapılıb. Maşının içində qan izləri aşkarlanıb. Daha sonra Ə.Abdullayevin öldürülərək Sabirabad rayonunda kanala atıldığı məlum olub.

İstintaq müəyyən edib ki, Ə.Abdullayev rayonun Təklə kənd icra nümayəndəsi Famil Mahmudova külli mqidarda pulu sələmə verib. Daha sonra F.Mahmudov rayonun Seyidbazar kənd icra nümayəndəsi Zeydulla İsmayılovla birgə Əflatub Abdullayevi öldürmək planı qurublar.

Onlar bu məqsədlə Bakıda yaşayan Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Kürtoğlu Mehmet Ali ilə anlaşıblar. Razılığa görə, icra nümayəndələri M.Kürtoğluna 20 min dollar verəcəklər, o da Cəlilabad rayonuna gələrək Əflatub Abdullayevi öldürüb gizlincə geri qayıdacaqmış. Lakin bu plan baş tutmayıb.

Borcun qaytarılması üçün Təklə kənd icra nümayəndəliyinin ofisində görüşüblər. Mübahisə zamanı M.Kürtoğlu Əflatun Abdullayevi boğub, icra nümayəndələri isə onu "lom”la vuraraq öldürüblər.

***
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə açıqlamada qeyd olunub ki, faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. (qafqazinfo)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol