• $
  • €
  • ₽
  • ₺
  • £

Daxili İşlər nazirliyinə daha bir səlahiyyət verildi

Daxili İşlər nazirliyinə daha bir səlahiyyət verildi
23.04.2021 12:16
Nazirlər Kabineti beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə münasibətdə müvafiq normativ aktlarında dəyişikliklər edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, "Avtomobil nəqliyyatı haqqında” Qanuna dəyişiklik edilərək, ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər Nazirlər Kabineti tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli şəxslərin sırasından çıxarılıb.

Belə ki, beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş peşəkarlıq səriştəsinə dair proqram üzrə hazırlıq keçirlər.

Qeyd edilənlərlə əlaqədar beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin fəaliyyətini əhatə edən Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş sürücülərin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında əsasnamədən, sərnişin və baqaj daşınması qaydalarından, yüklərin daşınması qaydalarından, sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə xüsusi proqramdan beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərə dair müddəalar uyğunlaşdırma çərçivəsində çıxarılıb.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə mövcud normativ hüquqi aktlar, texniki qaydalar və təlimatlar əsasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarının təhlükəsizliyinə, habelə bu daşımalarda istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına nəzarəti təmin edən orqanların dairəsi müəyyənləşdirilib.

Bununla bağlı Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın yerinə yetirilməsinə nəzarətin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən də həyata keçirilirməsinə dair müddəa həmin qaydalara əlavə edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol