• $
  • €
  • ₽
  • ₺
  • £

“Google” azərbaycanlı tələbəyə təşəkkür etdi

“Google” azərbaycanlı tələbəyə təşəkkür etdi
01.05.2021 11:45
"Google”un Təhlükəsizlik Komandası azərbaycanlı gənc Veysel Xankişiyevə sistemin "Google Ads” servisində boşluq ("bug”) tapdığına görə ona təşəkkürünü bildirib. Bu barədə "Report”a gənc proqramçı özü məlumat verib.


Məlumata görə, o, servisin Təhlükəsizlik Komandasının mütəxəssisindən rəsmi məktub alıb.


Məktubda boşluğun qeydə alındığı və V.Xankişiyevə təşəkkür edilib. Daha sonra 22 yaşlı gənc "Google”un "Boşluq Ovçusu” ("Bug Hunter”) siyahısına düşüb.


Bu, 21 yaşlı tələbənin ilk işi deyil. O daha öncə həm Azərbaycan, həm də xaricdəki Arizona Universiteti, "Microsoft”, Harvard Universiteti və s. kimi dövlət müəssisələri və şirkətlərin veb-saytlarında bir sıra boşluqlar tapıb. Əslən Füzulidən olan V.Xankişiyev Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol