• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan Putinə zəng etdi

Paşinyan Putinə zəng etdi
14.05.2021 11:53
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, telefon danışığı mayın 13-də axşam saatlarında Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi davam etdirilib. Ermənistan-Azərbaycan sərhədindəki son insident barədə fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına, ilk növbədə, atəşkəs rejiminə ciddi riayət edilməsinə ciddi şəkildə əməl olunmasının vacibliyini vurğulayıb, Rusiya tərəfi regiondakı sabitliyin təmin edilməsi naminə fəal vasitəçilik səylərini davam etdirmək, İrəvan və Bakı ilə sıx təmasları davam etdirmək niyyətində olduğunu təsdiqləyib. Rusiya Prezidentinə minnətdarlığını bildirən Nikol Paşinyan ortaya çıxan bütün problemlərin müstəsna olaraq dinc, siyasi və diplomatik yollarla həll olunması üçün konstruktiv dialoq və əməkdaşlığın lehinə olduğunu ifadə edib.

Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin bərpası məsələlərinə də toxunulub, deyə Kremlin məlumatında vurğulanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol