ÜST Şamaxıda TƏBİB-ə 3 mobil klinika təhvil verib - FOTO

ÜST tərəfindən həyata keçirilən "PROACT -Care" layihəsi çərçivəsində ilkin səhiyyə xidmətlərini daha əlçatan etmək və Şamaxının xüsusi ehtiyacı olan kəndlərində fəaliyyət göstərmək üçün 3 ədəd səyyar sağlamlıq klinikası (mobil) və 2 ədəd yüksək keçid qabiliyyətinə malik avtomobil rayona gətirilərək TƏBİB-ə təhvil verilib. Səyyar klinikalar vasitəsilə bu ərazilərdə qeyri-infeksion xəstəliklərin vaxtında diaqnozu və nəzarətdə saxlanılması, daha yaxşı ana və uşaq sağlamlığı və infeskiyaların profilaktikası və nəzarəti xidmətlərinin göstərilməsi mümkün olmayıb olacaq.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Böyük Britaniyanın Bakıdakı Səfirliyi və UHC-Əməkdaşlıq Təşəbbüsünün maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi Şamaxı rayonunda əlçatan, keyfiyyətli, hərtərəfli ilkin səhiyyə xidməti modeli yaratmaqdır. Layihə, eyni zamanda, icmaların daha sağlam həyat sürmələrini və öz sağlamlıqlarına qayğı göstərmələrini dəstəkləyəcək.
Harmancı vurğulamışdır ki, "PROACT-Care" layihəsi ÜST-nin Azərbaycan Nümayəndəliyinin yerli və beynəlxalq tərəfdaşları və donarları ilə birgə hərtərəfli komanda işinin nəticəsidir. Onun sözlərinə görə, səyyar klinikalar təkcə istənilən dayanqlı səhiyyə sisteminin əsas komponentlərindən olan ilkin səhiyyənin gücləndirilməsinə xidmət edəcək, həm də Şamaxıda COVID-19-a qarşı mübarizədə yardımçı olacaq.


www.anews.az
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Böyük Britaniyanın Bakıdakı Səfirliyi və UHC-Əməkdaşlıq Təşəbbüsünün maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi Şamaxı rayonunda əlçatan, keyfiyyətli, hərtərəfli ilkin səhiyyə xidməti modeli yaratmaqdır. Layihə, eyni zamanda, icmaların daha sağlam həyat sürmələrini və öz sağlamlıqlarına qayğı göstərmələrini dəstəkləyəcək.
Şamaxının Dəmirçi kəndində baş tutan təhvil-təslim mərasimində Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ABŞ-ın Azərbaycandaki səfiri Li Litzenberqer, Böyük Britaniyanin Azərbaycandakı səfiri Ceyms Şarp, Səhiyyə Nazirinin müavini Dr.Rəhim Əliyev, Təbib-in sədri Dr. Ramin Bayramlı, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov və UST-nin Azərbaycandakı Nümayəndəsi Dr.Hande Harmancı çıxış edib.
Təhvil-təslim mərasimindən sonra ÜST-nin Şamaxı şəhərində fəaliyyət göstərən təlim mərkəzini ziyarət edən iştirakçılara layihə çərçivəsində həyata keçirilməkdə olan və planlaşdırılan digər tədbirlər barədə məlumat verilib.Qeyd edək ki, layihə çərçivəsində Şamaxıda yaradılacaq ilkin səhiyyə xidməti modeli gələcəkdə genişləndirilərək bütün ölkədə tətbiq edilmə potensialına malik olacaq.
Bənövşə Rafiq


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb























