• $
  • €
  • ₽
  • ₺
  • £

Tətilə gedən deputatlar nə qədər istirahət pulu ALACAQLAR...

Tətilə gedən deputatlar nə qədər istirahət pulu ALACAQLAR...
09.07.2021 10:46
Bu gün Milli Məclisin növbədənkənar sessiyanın son iclasıdır. Bununla da  Milli Məclisin deputatlarının tətili başlanır.

Vətən müharibəsi, COVID-19 pandemiyası ilə müşayiət olunan çətin və qaynar müzakirələrlə dolu parlament ilindən sonra deputatlar istirahətə yollanacaq. Mövzunun aktuallığını nəzərə alaraq, Modern.az saytı parlamentarilərin məzuniyyəti üçün ayrılan vəsaitin məbləğini araşdırıb.

Parlamentdən verilən məlumata əsasən, "Milli Məclisin deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə görə, Milli Məclisin Sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alır.

Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2227.5 manat), Milli Məclis Sədrinin müavini - 85 faizi (2103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi (1856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1732,5) manat aylıq vəzifə maaşı alır.

Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində (730 manat) vergilərdən azad olunan aylıq pul təminatı alırlar.

Həmçinin, bayram günlərində (Yeni il, Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı) deputatlara 700 manat bayrampulu verilir.

Bundan başqa, deputatlar 3 aylıq yay tətili üçün rəsmi maaşlarından əlavə, 3 aylıq maaşlarının məbləği qədər məzuniyyət və istirahət pulu alırlar.

Sıravi deputatlarda bu məbləğ 5197.5 manat (1732*3), parlament Sədrində 2475 manat (2475*3), birinci müavində 6682.5 manat (2227.5 *3), müavində 6311.25 manat (2103.75 *3), komitə sədrlərində 5568.75 manatdır (1856.25*3).

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
17:32
Atəşkəslə bağlı ikinci hissə danışıqları hələ başlamayıb
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
İqtisadiyyat 17:24
Neft Fondunun aktivləri açıqlanıb - Rəsmi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol