• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Hüseynli Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru seçilib

İlham Hüseynli Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının koordinatoru seçilib
30.07.2021 20:00
İyulun 24-də Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının  yeni seçilmiş Şurasının və Monitorinq Qrupunun ilk birgə iclası keçirilib.
Koalisiyanın mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Dövlət İqtisad Universitetinin "Riyaziyyat və statistika" kafedrasının dosenti İlham Hüseynli Koalisiyanın koordinatoru seçilib.

Şura və Monitorinq Qrupu üzvlərinin seçkisi iyulun 10-da keçirilib. Nizamnamaəyə əsasən iki il müddətinə Şuranın 11 üzvü seçilib: Aslan Vəliyev, Cəmil Hacıyev, Emil Məmmədli, Əziz Orucov, Fuad Həsənov, Həqiqət Məmmədli, Himayət Rizvanqızı, İlham Hüseynli, Jalə Cəfərova, Pərvanə Talıbova, Sadiq Həsənov.
Asif Yusifli, Səməd Hətəmov, Şövqiyyə Rəhimova, Elşən Əlisoy və Nüşabə Mehtiyeva Koalisiyanın Monitorinq Qrupuna üzv seçiliblər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol