• $
  • €
  • ₽
  • ₺
  • £

Qida şirkəti ixtisaslı kadrların yetişdirilməsinə dəstək göstərəcək

Qida şirkəti ixtisaslı kadrların yetişdirilməsinə dəstək göstərəcək
20.08.2021 13:19
Veysəloğlu Şirkətlər Qrupu ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb.

Əməkdaşlıq çərçivəsində tərəflər təcrübə mübadiləsi edəcək və əmək bazarında ciddi zərurət olan peşə və yüksək peşə hazırlıqlı kadrların yetişdirilməsi və işlə təmin olunması istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Memoranduma görə, razılaşdırılmış istiqamətlər üzrə peşə və yüksək peşə təhsili alanların istehsalat təcrübə proqramlarında iştirakının təmin edilməsi, Şirkətlər Qrupunda texniki peşə sahiblərinin ixtisaslarının artırılması və əməkdaşların bilik və bacarıqlarının qiymətləndirilməsi istiqamətində işlər görüləcək.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi müasir təhsil standartlarına əsaslanan peşə təhsili müəssisəsidir. Mərkəzdə avtomatika, mexanika, İKT və digər istiqamətlər üzrə bilik və bacarıqlar əldə etmək istəyən tələbələr üçün imkanlar yaradılıb.
 
 Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol