Dağıstanda zəlzələ olub

Rusiya Federasiyasının Dağıstan Respublikasında zəlzələ baş verib.
TASS xəbər agentliyinin verdiyi xəbərə görə, yeraltı təkan Rixter şkalası ilə 5,1 balla qiymətləndirilib.
Zəlzələnin ocağı yerin 20 kilometr dərinliyində yerləşib.
Bildirilib ki, yeraltı təkan Bejtin, Botlix, Axvax, Untsukul yaşayış məntəqələrində hiss olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















