• $
  • €
  • ₽
  • ₺
  • £

Dmanisidə insiden-İki nəfər bıçaqlanıb

Dmanisidə insiden-İki nəfər bıçaqlanıb
21.09.2021 17:23
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Dmanisi rayonunda fiziki qarşıdurma olub.

İnsident müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) Dmanisi meri vəzifəsinə namizədi Giorgi Tatuaşvilinin Qantiadi kəndində keçirdiyi seçkiqabağı görüş zamanı baş verib.

Nəticədə müxalifət tərəfdarı olan iki nəfər bıçaqlanıb. Həmin şəxslər xəstəxanaya çatdırılıb.

VMHP hadisənin baş verməsində hakim Gürcü Arzusu Partiyasının tərəfdarlarını günahlandırıb.

 G.Tatuaşvili 2017-ci ildən Dmanisinin meridir. O, ötən ilin avqustunda hakim Gürcü Arzusu Partiyasından qovulub. Buna səbəb onun müxalifətdən olan rəqibinin seçki kampaniyasına dəstək verməsi olub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol