Yeniyetmə ondan narkotik tələb edən atasını öldürdü

Oktyabrın 3-ü saat 19 radələrində 1984-cü il təvəllüdlü Vüqar Eyyubovun yaşadığı evdə xəsarət alması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Anews.az xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğu məlumat yayıb.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Aydın Eyyubova Cinayət Məcəlləsinin 123.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















