• $
  • €
  • ₽
  • ₺
  • £

“Sunfood”-un anbarında bıçaqlanan şəxslə bağlı prokurorluqdan məlumat

“Sunfood”-un anbarında bıçaqlanan şəxslə bağlı prokurorluqdan məlumat
12.10.2021 12:34
Oktyabrın 7-si saat 22 radələrində Abşeron rayonu ərazisində Şahin İslamovun almış olduğu xəsarət nəticəsində oktyabrın 10-u xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin iş yoldaşı Elnur Salmanov fəhlə kimi işlədikləri "Sunfood” MMC-yə məxsus anbarda şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Şahin İslamova bıçaqla xəsarət yetirib. Nəticədə  o, almış olduğu xəsarətdən xəstəxanada ölüb.


Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Elnur Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol