• $
  • €
  • ₽
  • ₺
  • £

KİV: "Əfqanıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək"

KİV: "Əfqanıstanın xarici işlər naziri Türkiyəyə səfər edəcək"
14.10.2021 10:57
"Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 14-də Türkiyəyə rəsmi səfər edəcək.

Anews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan KİV-ləri məlumat yayıb.

Səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvət əsasında baş tutacaq.

Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, humanitar yardım, iqtisadi-ticari əlaqələr və s. məsələlərin müzakirə olunacağı vurğulanıb.

Bu, "Taliban"ın Əfqanıstandakı ikinci hakimiyyəti dövründə Türkiyəyə ilk rəsmi səfərdir.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol