Sumqayıtda 1242 ailəlik qəsəbə tikilir

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhərində 1242 ailəlik qəsəbə tikilir. Bu barədə komitədən məlumat verilib.
"Azərbaycanda qaçqınlar və məcburi
köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsası Heydər
Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev məcburi köçkünlərin sosial
müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Tikintisi 2021-ci ilin ortalarında başlayan qəsəbənin, 2022-ci ilin ortalarında istifadəyə verilməsi gözlənilir. Dövlət Komitəsi tərəfindən 2019-2020-ci illərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksləri Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi iştirakçılarına, Qarabağ əlillərinə, şəhid ailələrinə, əlillərə verildiyi kimi, 1242 ailəlik qəsəbənin də tikintisi başa çatdıqdan sonra, həmin kateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulub",-deyə qurumun sözçüsü bildirib.
Bildirilib ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların
problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban
Əliyevanın ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin
yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilir.
Azərbaycanın ötən ilin payızında Ermənistanı məğlubiyyətə uğradaraq, öz tarixi ərazilərini işğaldan azad etməsi nəticəsində yaranan yeni reallıqlar, o cümlədən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına hazırlıq başlayıb. Təhlükəsizlik şəraiti, kommunikasiya təminatı yaradıldıqdan, yaşayış sahələri bərpa olunduqdan və yenidən tikildikdən sonra məcburi köçkünlərin, beynəlxalq normalar əsasında, həmin ərazilərə köçürülməsinə başlanılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















