"Xarici vətəndaşın 6 800 min manatını Nurlana Əliyevaya verdim"-BSU-nun sabiq şöbə müdiri

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
O bildirib ki, Türkmənistanda doğulub, Rusiya vətəndaşıdır.
Şahid ifadəsinə münasibət D.Əliyeva həmin məbləğin onun hesabına ödənildiyini təsdiqləyib.
Məhkəmədə ifadə verən digər şahid də universitetdə təhsil almaq üçün D.Əliyevaya 1 000 manat pul verdiyini deyib: "BSU-da əlavə təhsil üçün ora 2 300 manat ödəməli idim. Sonradan danışıb, universitetə 1 000 manat verdim. Dürdanə Əliyeva mənə dedi ki, bankla ödəyəndə sonradan problem olur. Həmin pulu ödədim, lakin tələbə bileti vermədilər. Sonra pandemiya ilə bağlı tədris də dayandı. Yanvar ayında bildim ki, mənim universitetə borcum var".
O, məhkəmədən dəymiş ziyanın ödənilməsini xahiş edib.
Proses noyabrın 22-də davam etdiriləcək.
D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















