• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Rüstəmov Azərbaycanda inflyasiyanın aşağı düşəcəyi tarixi açıqlayıb

Elman Rüstəmov Azərbaycanda inflyasiyanın aşağı düşəcəyi tarixi açıqlayıb
16.11.2021 12:47
Gələn ilin ortalarından inflyasiya səviyyəsi aşağı düşməyə başlayacaq.

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı deyib.

"İnflyasiyaya təsir imkanlarının artırılması ilə bağlı Mərkəzi Bank tərəfindən işlər davam etdiriləcək”, - o vurğulayıb.

Baş bankir deyib ki, ərzaq inflyasiyasına diqqət artırılmalıdır:
 
"Ərzaq inflyasiyası daha uzun xarakter daşıya bilər. Bunun əsas səbəbinə quraqlıq və təlabatın böyüməsi daxildir. Ölkənin ərzaq təhülkəsizliyi səviyyəsi yüksəldilməlidir. Bütün istiqamətlərdə azad rəqabət prinsipləri diqqət mərkəzində olmalıdır”, - deyə o, əlavə edib. 
 
Gülnaz Nazimqızı

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol