• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı heykəltəraş COVID-19-dan vəfat etdi

Azərbaycanlı heykəltəraş COVID-19-dan vəfat etdi
17.11.2021 10:15
Ukraynanın Xalq rəssamı, azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov 59 yaşında koronavirusdan dünyasını dəyişib. 
 
Anews.az xəbər verir ki, tanınmış sənətkar bir müddətdir bu xəstəlikdən Türkiyənin Alanya şəhərində müalicə alırdı.
 
S. Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan MR-in Siyaqut kəndində anadan olub. Ukraynanın Kiyev şəhərindəki "Səməd Vurğun", İrpensk şəhərindəki "Zərifə Əliyeva" və digər abidələrin müəllifidir. 2004-cü ildə "Ukraynanın Əməkdar rəssamı", 2005-ci ildə isə "Ukraynanın Xalq rəssamı" fəxri adlarına layiq görülüb. 2006-cı il martın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol