• $
  • €
  • ₽
  • ₺
  • £

Dayısı oğlunu qaçıran şəxsə hökm oxundu

Dayısı oğlunu qaçıran şəxsə hökm oxundu
17.11.2021 15:31
Rusiyada gül biznesi ilə məşğul olan iş adamı Mirəkbər Seyidovun Bakıda yaşayan oğlunu qaçıran şəxslərin məhkəmə prosesi yekunlaşıb.
 
Anews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
 
Hökmə əsasən, təqsirləndirilən şəxslər Rafiq Hüseynov və Anar Mehdiyev hər biri 15 il müddətə azadlıqdan məhrum ediliblər.

Mirəkbər Seyidovun oğlunu qaçırmaq barədə planın təşkilatçısı Rafiq Hüseynov onun öz bacısı oğlu olub. R.Hüseynov dayısının biznesmen olduğunu nəzərə alaraq oğlunu qaçırıb ondan külli miqdarda pul tələb etmək qərarına gəlib.
 
Bu il iyunun 8-də o, dayısı oğlu Mirhəsən Seyidovu Ramana qəsəbəsində kirayə tutduğu evə dəvət edib. Birlikdə yeyib-içdikdən sonra tanışı A.Mehdiyevlə birlikdə M.Seyidovun əl-ayağını bağlayıb. Daha sonra şəklini çəkərək dayısına göndərib və oğlunun azad edilməsi müqabilində 500 min dollar tələb edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol