• $
  • €
  • ₽
  • ₺
  • £

DİN “TikTok”da narkotiki təbliğ edən yeniyetməyə xəbərdarlıq edib

DİN “TikTok”da narkotiki təbliğ edən yeniyetməyə xəbərdarlıq edib
19.11.2021 23:00
Bir neçə gün əvvəl "TikTok” platformasında "ll@amid52” adlı istifadəçinin narkotik vasitələri təbliğ edən video paylaşması barədə Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkələrdəki rəsmi səhifələrinə vətəndaşlar tərəfindən şikayət xarakterli müraciətlər daxil olub.
 
DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən əməlyyat-texniki tədbirlər nəticəsində həmin şəxsin Salyan rayon sakini 16 yaşlı Amid Məhərrəmov olması müəyyən edilib.
 
O, valideynləri ilə birlikdə Rayon Polis Şöbəsinə dəvət edilib. A.Məhərrəmovla müvafiq profilaktiki söhbətlər aparılıb, narkotik vasitələrin təbliğinin yol verilməz olduğu barədə ona və valideynlərinə xəbərdarlıq edilib.
 
Yeniyetmə öz səhvini etiraf edərək paylaşdığı videonun səhifəsindən silib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol