Anar Kərimov Misirə səfər edib

Misir Ərəb Respublikasına səfəri çərçivəsində Anar Kərimov Misirin mədəniyyət naziri İnes Abdel-Dayem ilə görüşüb.
İnes Abdel-Dayem iki ölkə arasında opera, kinematoqrafiya sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətindən danışıb. Misirlə Azərbaycan arasında dostluq, mədəni əməkdaşlıq münasibətinin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.
O, bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Misirin zəngin irsinin geri qaytarılması yolunda öz səylərini əsirgəmir. Azərbaycanın öz növbəsində qədim mədəniyyət mərkəzi sayılan əsrarəngiz Qahirə şəhərinin incəsənət, muzey və digər sahələrdə çoxşaxəli təcrübəsindən yararlanmaq niyyətində olduğunu da vurğulayıb.
Anar Kərimov eləcə də Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüş Bakı Prosesi haqda məlumat verərək, "Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal təşəbbüsünün də əsasının qoyulduğunu bildirib.Azərbaycan Respublikasının bölgədə sülhü qorumaq üçün bir sıra mühüm layihələrə imza atdığını vurğulayıb.
Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər















