• $
  • €
  • ₽
  • ₺
  • £

Körpələrə bu adların verilməsinin qarşısı alındı - VİDEO

Körpələrə bu adların verilməsinin qarşısı alındı - VİDEO
07.01.2022 22:30
Baku TV-də yayımlanan "Salam Baku” verilişində ötən il Azərbaycanda uşaqlara verilən qəribə adlar müzakirə olunub.
 
Valideynlərin övladlarına qoymaq istədiyi qeyri-adi adlar arasında Aydəş, Balış, Diliş, Dərdayıl, Dəftər, Şərbala kimi adlar var. 
 
Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova mövzu ilə bağlı Baku TV-yə açıqlama verib, uşaqlara qəribə adların qoyulmasının qarşısının alınması istiqamətində görülən tədbirlərdən danışıb:
 
"Məsələn, bizə dünən müraciət edən valideynlər bildirir ki, yeni doğulmuş körpəyə Turuşda adı qoyulsun. Həm də deyir ki mən axıra qədər gedəcəyəm, bu adı körpəmə qoyacağam. Başqa bir qız uşağına Mersi adı qoymaq istəyirlər. Yanvarın 5-də doğulan körpəyə Məruzə adı qoyulurdu. Təbii ki, bunların qarşısı alındı”. (BakuTv)
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol